Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada tikinti istehsalı artır.
Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin dekabr ayına aid mövsümi təsirlərdən təmizlənmiş tikinti istehsalı göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, Avrozonada dekabr ayında tikinti istehsalı əvvəlki ayla müqayisədə 0,9 faiz artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalıb.
Avropa İttifaqı üzrə isə dekabr ayında tikinti istehsalı aylıq müqayisədə 1,2 faiz yüksəlib, illik göstərici isə dəyişməz qalıb.
Aİ-yə üzv ölkələr arasında dekabr ayında tikinti istehsalında əvvəlki ayla müqayisədə ən yüksək artım 6,6 faizlə Macarıstanda, 5,1 faizlə Polşada və 4 faizlə Slovakiyada qeydə alınıb. Ən kəskin azalma isə 9,2 faizlə Avstriyada, 3,2 faizlə Sloveniyada və 2,3 faizlə Bolqarıstanda müşahidə olunub.
İllik müqayisədə tikinti istehsalı Slovakiyada 11,6 faiz, Sloveniyada 10,2 faiz və Finlandiyada 6,6 faiz artdığı halda, Avstriyada 12,3 faiz, Belçikada 4,3 faiz və İspaniyada 3,9 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
