Avrozonada sənaye istehsalı sentyabr ayında geriləyib | Banco.az

Avrozonada sənaye istehsalı sentyabr ayında geriləyib

Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı sentyabr ayında proqnozlardan daha az geriləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Komitəsinin (Eurostat) məlumatına görə, sentyabr ayında Avrozona ölkələrinin sənaye istehsalı aylıq əsasda 0,2% azalıb ki, proqnozlar bu göstəricinin 0,5% olacağını söyləyirdi. Avqust ayında isə azalma 1,7% olmuşdu.

İllik əsasda isə 5,2% artım müşahidə edilib ki, proqnozlar 4,2%-i işarə edirdi. 

Qeyd edək ki, region ölkələri arasında sənaye istehsalının ən çox artım göstərdiyi ölkə 5,3%-lik göstərici ilə Estoniya, ən çox geriləmənin olduğu ölkə isə 5%-lə Danimarka olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram