Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada sənaye istehsalı fevral ayında gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat), Avropa İttifaqı (Aİ) və Avrozonanın fevral ayına dair mövsümi təsirlərdən təmizlənmiş sənaye istehsalı göstəricilərini açıqlayıb.
Buna görə, Avrozonada sənaye istehsalı fevral ayında yanvar ayı ilə müqayisədə 1,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,2 faiz artıb.
Gözlənti isə aylıq 0,3 faiz artım, illik isə 0,7 faiz azalma idi.
Avropa İttifaqında sənaye istehsalı fevral ayında aylıq baxımından 1 faiz, illik baxımından isə 0,6 faiz artıb.
Fevral ayında Aİ ölkələri arasında sənaye istehsalında aylıq baxımından ən böyük artım İrlandiyada 10,8 faiz, Belçikada 7,4 faiz və Lüksemburqda 6,3 faizlə qeydə alınıb.
Ən çox azalma isə Xorvatiyada 3,9 faiz, Yunanıstanda 3,6 faiz və Rumıniyada 2,1 faiz təşkil edib.
Sənaye istehsalında illik baxımından ən böyük artım İrlandiyada 38,8 faiz, Litvada 9,1 faiz və Lüksemburqda 6,6 faiz olub.
Ən böyük azalma isə Macarıstanda 8 faiz, Bolqarıstanda 4,7 faiz və Almaniyada 3,7 faizlə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!