Avrozonada sənaye istehsalı artıb | Banco.az

Avrozonada sənaye istehsalı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı avqust ayında artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) avqust ayı wzr’ Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı avqust ayında iyul ayına görə 1,8 faiz, ötən ilin eyni dövrünə görə isə 0,1 faiz artıb.

Bazar proqnozları Avrozonada sənaye istehsalının aylıq 1,8 faiz artacağı, illik 1 faiz azalacağı istiqamətində idi.

Aİ-də sənaye istehsalı avqust ayında aylıq müqayisədə 1,3 faiz, illik müqayisədə 0,2 faiz artıb.

Avqustda Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 4,5 faiz ilə İrlandiyada, 3,3 faiz ilə Almaniya və Litvada, 2,7 faiz ilə Maltada olub. Ən böyük azalma isə 9,2 faizlə Lüksemburqda, 4,6 faizlə Xorvatiyada və 4,5 faizlə Danimarkada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram