Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada pərakəndə satışlar aprel ayında əvvəlki ayla müqayisədə 0,5 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın aprel ayı üzrə pərakəndə satış məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Aİ-də pərakəndə satışlar aprel ayında əvvəlki ayla müqayisədə 0,6 faiz, illik isə 0,1 faiz azalıb.
Avrozonada isə sözügedən dövrdə pərakəndə satışlar aylıq 0,5 faiz azalsa da, illik müqayisədə sabit qalıb.
Aylıq pərakəndə satışlarda ən yüksək artım 2,4 faiz ilə Slovakiyada, 1,9 faiz ilə Bolqarıstan və Avstriyada və 1,7 faiz ilə Portuqaliyada müşahidə olunub. Ən yüksək azalma isə 3,3 faiz ilə Latviyada, 3,1 faiz ilə Cənubi Kipr Yunan Administrasiyasında və 2,7 faiz ilə Danimarkada müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!