Avrozonada pərakəndə satışlar azalıb | Banco.az

Avrozonada pərakəndə satışlar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında Avrozonada pərakəndə satış həcmi azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, sözügedən dövrdə Aİ-də pərakəndə satışlar əvvəlki ayla müqayisədə 0,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,6 faiz azalıb.

Avrozonada pərakəndə satışlar iyun ayında aylıq 0,3 faiz, illik isə 1,4 azalıb.

Aİ ölkələri üzrə nəzər saldıqda görürük ki, ən böyük aylıq azalma 2,6 faiz ilə Sloveniyada, 1,9 faiz ilə Rumıniyada və 1,6 faiz ilə Portuqaliyada müşahidə olunub.

Pərakəndə satış həcmi illik isə Sloveniyada 15,7 faiz, Estoniyada 8,7 faiz, Macarıstanda da 8,3 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram