Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada pərakəndə satışlar yanvarda əvvəlki aya nəzərən 0,1 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) yanvar ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Aİ-də pərakəndə satışlar yanvarda əvvəlki ayla müqayisədə 0,3 faiz artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb.
Avrozonada isə pərakəndə satışlar yanvarda dekabr ayı ilə müqayisədə 0,1 faiz artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.
Aİ ölkələri arasında yanvar ayında əvvəlki aya görə pərakəndə satışlarda ən yüksək artım 7,6 faiz ilə Lüksemburq və 3,8 faiz ilə Rumıniyada müəyyən edilib.
Pərakəndə satışlar illik əsasda isə Lüksemburqda 7,2 faiz, Rumıniyada 6,7 faiz, Danimarkada isə 5,9 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!