Avrozonada pərakəndə satış həcmi azalıb | Banco.az

Avrozonada pərakəndə satış həcmi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada pərakəndə satışlar dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) may ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada pərakəndə satışlar may ayında aprel ayına nəzərən sabit qalarkən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalıb.

Ekspertlər tərəfindən aylıq 0,2 faiz, illik isə 2,7 faiz azalma olacağı gözlənilirdi.

Qeyd edək ki, Aİ ölkələri arasında may ayında əvvəlki ayla müqayisədə pərakəndə satışlarda ən yüksək azalma 5,3 faiz ilə Sloveniyada, 4,5 faiz ilə Lüksemburqda və 3,7 faiz ilə Polşada müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et