Tamara Mustafayeva, Banco.az
Avropa Statistika Bürosu (Avrostat) avqust ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozonada pərakəndə satış avqustda iyul ayı ilə müqayisədə 3%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2% azalıb.
Aİ-də avqust ayında əvvəlki aya görə 2 faiz, ötən ilin eyni dövrünə görə isə 1,3 faiz azalma qeydə alınıb.
Qeyd edək ki, pərakəndə satış həcmi illik olaraq Danimarkada 6 faiz, Hollandiyada 5,8 faiz və Finlandiyada 4,7 faiz azalıb. Sloveniyada 31,8 faiz, Polşada isə 8 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!