Avrozonada özəl sektorun fəaliyyətində yenidən daralma qeydə alınıb | Banco.az

Avrozonada özəl sektorun fəaliyyətində yenidən daralma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı ilə bağlı mənfi göstəricilər gəlməkdədir.

Banco.az xəbər verir ki, Avrozonada özəl sektorun fəaliyyətində bu ay da davam edən daralma region iqtisadiyyatının cari rübdə də daraldığını göstərir.

“S&P Global” tərəfindən hazırlanan satınalma menecerləri indeksi sentyabrda 47,1 punkt olub ki, bu da ardıcıl dördüncü ayda da daralma olduğuna işarədir.

İqtisadçılar isə indeksin 46,5 punkta düşəcəyini proqnozlaşdırırdılar.

Xatırladaq ki, indeksin 50-dən aşağı dəyər alması sektorda daralmanı ifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

“S&P Global”a görə, aktivliyin azalmasının əsas səbəbi regionun iki ən böyük iqtisadiyyatındakı geriləmə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et