Avrozonada oktyabrda işsizlik azalıb | Banco.az

Avrozonada oktyabrda işsizlik azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik səviyyəsi oktyabrda 6,5 ​​faizə düşüb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) oktyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini dərc edib.

Buna görə, Aİ-də sentyabr ayında 6,1 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti oktyabr ayında 6 faizə düşüb.

Avrozonada isə sentyabrda 6,6 faiz olan işsizlik nisbəti oktyabrda 6,5 faizə düşüb.

Ötən ilin oktyabrında işsizlik səviyyəsi Avrozonada 7,3 faiz, Aİ-də isə 6,6 faiz qeydə alınmışdı.

Oktyabrda Aİ-də işsizlərin sayı 12 milyon 953 min nəfər olduğu halda, onların 10 milyon 872 mini Avrozonada yaşayır.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə ölkələr üzrə işsizlik nisbəti isə İspaniyada 12,5 faiz, Yunanıstanda 11,6 faiz, İtaliyada 7,8 faiz, Fransada 7,1 faiz faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et