Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada mənzil qiymətləri ilin I rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz ucuzlaşıb.
Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) 2023-cü ilin birinci rübü üzrə Aİ ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatları açıqlayıb.
Buna görə, Aİ-də mənzil qiymətləri 2023-cü ilin ilk rübündə əvvəlki rübə nəzərən 0,7 faiz azalıb. Qiymətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 0,8 faiz artıb.
Sözügedən dövrdə Avrozonada mənzil qiymətləri əvvəlki rübə nəzərən 0,9 faiz azalsa da, illik 0,4 faiz artıb.
Qeyd edək ki, Aİ-yə üzv ölkələr arasında mənzil qiymətləri əvvəlki rüblə müqayisədə Lüksemburqda 4,1 faiz, Almaniyada 3,1 faiz, Finlandiyada 1,8 faiz, Avstriyada 1,4 faiz, Çexiyada 1,1 faiz, Hollandiya və Fransada 1%, İsveç və İrlandiyada 0,8 faiz, Rumıniyada 0,4 faiz, Polşada isə 0,1 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!