Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada mənzil qiymətləri ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 1,8 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) açıqladığı 2024-cü ilin ikinci rübündə Aİ ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatlara əsasən, Aİ-də evlərin qiyməti ikinci rübdə əvvəlki rüblə müqayisədə 1,9 faiz artıb.
Ötən ilin ikinci rübünə görə isə 2,9 faiz artım reallaşıb.
Eyni dövrdə Avrozonada ev qiymətləri əvvəlki rübə görə 1,8 faiz artıb. Ötən ilin müvafiq rübü ilə müqayisədə isə 1,3 faiz artım qeydə alınıb.
Avropa İttifaqına üzv ölkələr arasında bu ilin ikinci rübündə Xorvatiyada əvvəlki rüblə müqayisədə mənzil qiymətləri 4,3 faiz, Portuqaliyada 3,9 faiz, İspaniyada 3,6 faiz, Bolqarıstanda 3,4 faiz, İtaliyada 3,2 faiz, Danimarka və Slovakiyada 3 faiz artıb.
Əvvəlki rüblə müqayisədə Macarıstanda ev qiymətləri dəyişməz qalıb, Fransa və Belçikada isə 0,2 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!