Avrozonada korporativ kreditlərin artım sürəti zəifləyib | Banco.az

Avrozonada korporativ kreditlərin artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada korporativ kreditlərin artım tempi zəifləyib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) aprel ayı üzrə korporativ və istehlak kreditlərinin aylıq dəyişikliklərini açıqlayıb.

Müəyyən olunub ki, mart ayında illik 5,2 faiz artan korporativ kreditlər ötən ay 4,6 faiz artım göstərib. İstehlak kreditlərində artım isə 2,5 faiz təşkil edib.

Korporativ kreditlərin davam edən sürət zəifləməsi ECB-nin 2022-ci ilin iyul ayından etibarən başlayan və ümumilikdə 7 faiz olan artımının öz təsirlərini tədricən göstərməsi kimi dəyərləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et