Avrozonada istehsalçı qiymətləri indeksi artım göstərib | Banco.az

Avrozonada istehsalçı qiymətləri indeksi artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) illik müqayisədə 15% artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın yanvar ayı PPI məlumatlarını açıqlayıb.

Buna görə, Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) enerji qiymətlərindəki artım səbəbiylə yanvar ayında illik 15 faiz artım göstərib. Aylıq isə 2,8 faiz azalma müşahidə olunub.

Bazar proqnozları aylıq 0,3 faiz azalma, illik isə 17,7 faiz artım istiqamətində idi.

Aİ-də isə sözügedən indeks yanvar ayında əvvəlki aya görə 2,2 faiz azalarkən, 2022-ci ilin yanvar ayına görə 16,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Aİ ölkələri arasında PPI yanvarda ən çox 64,6 faizlə Macarıstanda, 38,8 faizlə Latviyada və 34,5 faizlə Slovakiyada artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et