Avrozonada İstehsalçı Qiymətləri İndeksi artıb | Banco.az

Avrozonada İstehsalçı Qiymətləri İndeksi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehsalçı Qiymətləri İndeksi (İQİ) ötən ilin noyabr ayında əvvəlki aya nisbətən 0,5 faiz artıb.

Banco.az xəbər verir ki, “Avrostat” – Avropa İttifaqının Statistika Ofisi Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin noyabr ayına dair istehsalçı qiymətləri indeksini (İQİ) açıqlayıb.

Məlumatlara əsasən, Aİ-də İQİ ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,6 faiz artıb, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 1,3 faiz azalıb.

Avrozonada isə İQİ noyabr ayında oktyabr ayına nisbətən 0,5 faiz yüksəlib, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 1,7 faiz geriləyib.

Bazar gözləntiləri Avrozonada İQİ-nin aylıq əsasda 0,4 faiz artacağı, illik əsasda isə 1,9 faiz azalacağı istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram