Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) sentyabr ayında illik 41,9 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayı üzrə PPI məlumatlarını açıqlayıb.
Buna müvafiq olaraq, Aİ-də İstehsalçı Qiymətləri İndeksi sentyabr ayında əvvəlki aya görə 1,5 faiz, 2021-ci ilin sentyabr ayına görə isə 41,4 faiz artıb.
Avrozonada da İstehsalçı Qiymətləri İndeksi bu dövrdə aylıq 1,6 faiz, illik 41,9 faiz artım göstərib. Ekspertlər isə illik 42 faiz artım proqnozlaşdırmışdılar.
Üçüncü rübdə Avrozonada illik əsasda istehsalçı qiymətləri enerji sektorunda 108,2 faiz, aralıq mallarda isə 19 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!