Avrozonada istehsalçı qiymətləri 27,1 faiz artıb | Banco.az

Avrozonada istehsalçı qiymətləri 27,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehsalçı Qiymətləri İndeksi noyabr ayında artım göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın noyabr ayı PPI məlumatlarını açıqlayıb.

Buna görə, Avrozonada PPI noyabr ayında aylıq 0,9 faiz azalarkən, illik 27,1 faiz artıb. Bazar gözləntiləri isə PPI-nin illik 27,5 faiz artması istiqamətində idi.

Sözügedən dövrdə region ölkələrinin istehsalçı qiymətləri enerji sektorunda illik 55,7 faiz artım göstərib.

Ölkələr üzrə baxdıqda isə, ən çox artım 63,5 faizlə Macarıstanda, daha sonra 51,2 faizlə Latviyada və 44,8 faizlə Rumıniyada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et