Avrozonada istehsalçı inflyasiyası artım göstərib | Banco.az

Avrozonada istehsalçı inflyasiyası artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) iyun ayında aylıq 0,5 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyun ayı üzrə PPI məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ-də PPI iyun ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artsa da, 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalıb. 

Avrozonada isə iyun ayında PPI aylıq 0,5 faiz artıb, illik bazda 3,2 faiz azalıb. Proqnozlar da məhz bu göstəricilərə işarə edirdi.

Aİ ölkələri arasında PPI iyun ayında aylıq ən çox 2,2 faizlə Estoniyada, 1,9 faizlə İspaniya və Rumıniyada, 1,8 faizlə Yunanıstanda artıb. Sözügedən dövrdə əsas azalma isə 1 faizlə Bolqarıstanda, 0,3 faizlə Çexiya, Fransa və Finlandiyada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram