Avrozonada istehsal sektorunun fəaliyyəti gözlənilmədən artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avrozonada istehsal sektorunun fəaliyyəti gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsal sektorunun fəaliyyəti ilin son ayında təəccüblü şəkildə artım göstərib.

Banco.az xəbər verir ki, Avropada istehsal sektoru dekabr ayında inflyasiyanın yavaşlaması səbəbindən daha mülayim şəkildə daralıb. Bu, iqtisadi daralmanın proqnozlaşdırıldığı qədər pis olmayacağına dair gözləntiləri artırıb.

S&P Qlobal İstehsalat PMI indeksi 47,8-ə yüksəlib. Kompozit PMI isə sözügedən dövrdə 48,8-ə çatıb. 

Xidmət sektoru PMI göstəricisi də 49,1-ə yüksəlib.

Qeyd edək ki, indeksin 50-dən aşağı dəyər alması sektorlarda daralmanı göstərir. 

Ekspertlər Avrozona iqtisadiyyatının bu rübdə 0,2 faizdən az daralacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram