Avrozonada istehsal fəaliyyəti daha da zəifləyib | Banco.az

Avrozonada istehsal fəaliyyəti daha da zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada özəl sektorun aktivliyi bu ay gözləniləndən çox azalıb.

Banco.az xəbər verir ki, S&P Global məlumatlarına görə, kompozit PMI İndeksi ikinci ayda da enişini davam etdirərək 48,9 punkta düşüb. Bu, noyabr ayından bəri ən aşağı səviyyədir. İqtisadçılar isə 49,6 punkt üzrə proqnoz vermişdilər.

Region ölkələrində istehsal PMI 43,4 punktdan 42,7 punkta düşüb ki, bu da, pandemiyadan bəri ən aşağı səviyyədir. Proqnozlar 43,5 punkt istiqamətində idi.

Xidmət PMI isə 52 punktdan 51.1 punkta düşüb. Proqnoz 52 punktu göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram