Avrozonada istehlakçı inamı ötən 6 ayın minimumuna gerilədi | Banco.az

Avrozonada istehlakçı inamı ötən 6 ayın minimumuna gerilədi

Tamara Mustafayeva, Banco.az

Avrozonada istehlakçı inamı iqtisadi yaxşılaşma prosesi ilə bağlı narahatlıqlar fonunda ötən 6 ayın ən aşağı səviyyəsinə enib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avzonanın istehlakçı inamı üzrə "Sentix" indeksi bu ay 2,7 punkt geriləməklə 16,9 müəyyən edilib ki, ötən ay bu göstərici 19,6 punkt idi.

Bu ilin aprel ayından bəri müşahidə edilən ən aşağı səviyyəyə enən indeks üçün proqnozlar isə 18,6 punktu işarə edirdi. 

Qeyd edək ki, investorların növbəti 6 ay üzrə proqnozlarını ölçən Proqnozlar İndeksi isə 9 punktdan 8-ə geriləyib ki, bu da öz növbəsində ötən ilin mayından bəri qeydə alınan ən aşağı göstəricidir. Bununla yanaşı, cari vəziyyət indeksi də 30,8-dən 26,3 punkta enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et