Avrozonada istehlakçı inamı fevral ayında artıb | Banco.az

Avrozonada istehlakçı inamı fevral ayında artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyasının fevral ayı məlumatlarına görə, Avrozonada istehlakçı inamı -12,2-yə yüksəlib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası fevral ayı üzrə istehlakçı inamı indeksinə dair məlumatları açıqlayıb.

Məlumata əsasən, istehlakçı inamı göstəricisi −12,2 səviyyəsində formalaşıb. İndeks yanvar ayı ilə müqayisədə 0,2 bənd artım göstərib. Gözləntilər isə göstəricinin −12 səviyyəsində olacağı istiqamətində idi.

Eyni zamanda, bu göstərici 2024-cü ilin noyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Avropa İttifaqı üzrə isə istehlakçı inamı −11,7 səviyyəsində qalıb və əvvəlki ayla müqayisədə dəyişiklik qeydə alınmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram