Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik səviyyəsi ötən həftə 6,4 faizə qədər azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) açıqladığı aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işçi qüvvəsi məlumatlarına görə, işsizlik 6,4 faizə düşüb.
Qeyd edək ki, mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik mart ayında 6,5 faiz idi. Bununla da aprel ayında 6,4 faiz göstərici ilə ümumi valyutanın yaradılmasından bəri müşahidə olunan ən aşağı səviyyəyə düşüb.
Aİ-də mart ayında 6 faiz olaraq hesablanan işsizlik aprel ayında sabit qalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,5 faiz, Aİ-də isə 6 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!