Avrozonada işsizlik səviyyəsi azalsa da, Aİ-də dəyişməz qalıb | Banco.az

Avrozonada işsizlik səviyyəsi azalsa da, Aİ-də dəyişməz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik səviyyəsi apreldə 5,9 faiz, Avrozonada isə 6,2 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat), Avropa İttifaqı (Aİ) və Avrozonanın (Euro Bölgəsinin) 2024-cü ilin aprel ayına dair işsizlik göstəricilərini yayımlayıb.

Məlumata görə, Aİ-də mart ayında 5,9% olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti aprel ayında dəyişməyib. Gənclər arasında işsizlik isə 15%-dən 14,8%-ə düşüb.

Avrozonada isə mart ayında 6,3% olan işsizlik nisbəti apreldə 6,2%-ə enib. Gənc işsizliyi də 14,8%-dən 14,4%-ə düşərək 0,4 faiz bəndi azalıb.

Ötən ilin (2023) aprel ayı ilə müqayisədə, işsizlik nisbəti Avrozonada 6,4%, Aİ-də isə 6% olmuşdu. Həmin dövrdə gənclər arasında işsizlik nisbəti isə müvafiq olaraq 14,4% və 14,6% idi.

2024-cü ilin aprel ayında bəzi Aİ ölkələrində işsizlik nisbətləri belə olub:

  • İspaniya – 10,9%

  • Finlandiya – 9,1%

  • İsveç – 8,6%

  • Yunanıstan – 8,3%

Aİ-də ümumi işsiz sayı aprel ayında 12 milyon 902 min nəfər olaraq hesablanıb. Bu şəxslərin 10 milyon 680 mini Avrozonada yerləşir.

25 yaşdan aşağı gənclər arasında işsizlərin sayı isə Aİ-də 2 milyon 859 min, Avrozonada isə 2 milyon 272 min olaraq müəyyən edilib. Gənclər arasında işsizlik nisbəti Aİ-də 14,8%, Avrozonada isə 14,4% səviyyəsində ölçülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram