Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik səviyyəsi iyulda 6,4 faizə düşüb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyul ayı üzrə işsizlik göstəricilərini dərc edib.
Məlumatlara görə, Aİ-də iyun ayında 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti iyul ayında da eyni səviyyədə qalıb.
Avrozonada isə iyunda 6,5 faiz olan işsizlik nisbəti iyulda 6,4 faizə qədər geriləyib.
Ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,6 faiz, Aİ-də isə 6 faiz müəyyən edilmişdi.
Ölkələr üzrə nəzər saldıqda görürük ki, iyulda işsizlik səviyyəsi İspaniyada 11,5 faiz, Yunanıstanda 9,9 faiz, Finlandiyada 8,4 faiz, İsveçdə 8,3 faiz təşkil edib. Sözügedən dövrdə Aİ-də işsizlərin sayı 13 milyon 108 min olaraq hesablanarkən, bu insanların 10 milyon 990 mini Avrozonadan olub.
Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 14,5 faiz, Avrozonada isə 14,2 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!