Avrozonada işsizlik nisbəti dəyişməz qalıb | Banco.az

Avrozonada işsizlik nisbəti dəyişməz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik göstəricisi yanvar ayında dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın yanvar ayı üzrə işsizlik göstəricilərini dərc edib.

Buna görə, Aİ-də dekabr ayında 6,1 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti yanvar ayında da eyni səviyyədə qalıb.

Avrozonada da dekabrda 6,7 faiz olan işsizlik səviyyəsi yanvar ayında sabit qalıb. 

Xatırladaq ki, ötən ilin yanvarında işsizlik səviyyəsi Avrozonada 6,9 faiz, Aİ-də isə 6,3 faiz təşkil edib.

Ölkələr üzrə işsizlik nisbəti yanvarda İspaniyada 13, İtaliyada 7,9, Fransada 7,1, Almaniyada isə 3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvarda Aİ-dəki işsiz əhalinin sayı 13 milyon 227 min nəfər təşkil edib ki, onların 11 milyon 288 mini Avrozonada yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et