Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik sentyabr ayında əvvəlki ayla müqayisədə dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika Ofisinin (Avrostat) açıqladığı Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayı işsizlik məlumatlarına görə, Avrozonada işsizlik sentyabr ayında aylıq olaraq dəyişməyərək 6,3 faiz təyin olunub.
Ötən ilin eyni ayına görə mülayim artım göstərən işsizlik 2023-cü ilin sentyabr ayında Avrozonada 6,6 faiz olaraq ölçülmüşdü.
Aİ-də mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik səviyyəsi sentyabr ayında əvvəlki aya nisbətən dəyişməyərək 5,9 faiz olub. Aİ-də işsizlik sentyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalıb.
Sentyabrda işsizlik səviyyəsi İspaniyada 11,2 faiz, Yunanıstanda 9,3 faiz, İsveçdə 8,5 faiz, Finlandiyada 8,4 faiz təşkil edib. Sentyabrda işsizlik Almaniyada 3,5 faiz, Fransada isə 7,6 faiz olaraq hesablanıb.
Ötən ay Aİ-də 25 yaşa qədər işsiz gənclərin sayı 2 milyon 861 min nəfər olarkən, bunun 2 milyon 287 mini Avrozonada yaşayır.
Bizi sosial şəbəkələrdən izləyin!!