Avrozonada işsizlik bir qədər azalıb | Banco.az

Avrozonada işsizlik bir qədər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik səviyyəsi sentyabrda 6,6 faizə düşüb.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini açıqlayıb.

Bu göstəricilərə görə, Aİ-də avqust ayında 6 faiz olan mövsümi təsirlərin kənarlaşdırıldığı işsizlik nisbəti sentyabr ayında sabit qalıb.

Avrozonada isə avqustda 6,7% olan işsizlik nisbəti sentyabrda 6,6 faizə enib.

Qeyd edək ki, ötən ilin sentyabrında bu göstərici Avrozonada 7,3 faiz, Aİ-də isə 6,7 faiz hesablanmışdı.

Ölkələr üzrə işsizlik səviyyəsi İspaniyada 12,7 faiz, Yunanıstanda 11,8 faiz, İtaliyada 7,9 faiz, Fransada isə 7,1 faiz təşkil edib. İşsiz əhalinin sayı isə Aİ-də 12 milyon 960 min nəfər olduğu halda, Avrozonada 10 milyon 988 min olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et