Avrozonada işsizlik azalıb | Banco.az

Avrozonada işsizlik azalıb

Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik səviyyəsi iyulda 6,6 faizə düşüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyul ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.

Buna görə, Aİ-də iyun ayında 6,1 faiz olan mövsümi təsirlərin istisna edildiyi işsizlik nisbəti iyul ayında 6 faizə geriləyib. Avrozonada isə iyunda 6,7 faiz olan işsizlik səviyyəsi iyulda 6,6 faizə enib. 

İyun ayında Avropa İttifaqına üzv ölkələrdə işsizlərin sayı 12 milyon 959 min nəfər olduğu halda, onlardan 10 milyon 983 mini Avrozonanın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ilin iyul ayında işsizlik səviyyəsi Avrozonada 7,7 faiz, Aİ-də isə 6,9 faiz olaraq müəyyən edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et