Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqında (Aİ) may ayı üçün işsizlik səviyyəsi 5,9 faiz, Avrozonada isə 6,3 faiz olaraq açıqlanıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat),Avropa İttifaqı (AB) və Avrozonanın may ayına dair işsizlik göstəricilərini açıqlayıb.
Buna görə, Aİ-də aprel ayında 5,9 faiz olan mövsüm təsirlərindən təmizlənmiş işsizlik səviyyəsi may ayında dəyişməyib. Gənclər arasında işsizlik isə 14,7 faizdən 14,8 faizə yüksəlib.
Avrozonada isə aprel ayında 6,2 faiz olan mövsüm təsirlərindən təmizlənmiş işsizlik göstəricisi may ayında 6,3 faiz-ə yüksəlib. Gənclər arasında işsizlik 14,3 faizdən 14,4 faizə qalxıb.
May ayında işsizlik səviyyəsinin ən yüksək olduğu ölkələr 10,7 faiz ilə İspaniya, 9 faiz ilə Finlandiya və 8,7 faiz ilə İsveç olub.
Aİ-də işsizlərin sayı may ayında 13 milyon 52 min, Avrozonada isə 10 milyon 830 min nəfər təşkil edib.
May ayında 25 yaşdan aşağı gənc işsizlərin sayı Aİ-də 2 milyon 864 min, Avrozonada isə 2 milyon 281 min nəfər olaraq hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!