Avrozonada işsizlik 7,2%-dək azalıb | Banco.az

Avrozonada işsizlik 7,2%-dək azalıb

2021-ci ilin noyabr ayında Avrozonada əhalinin işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 7,2% təşkil edib.

Sözügedən göstərici 2020-ci ilin noyabr ayı ilə müqayisədə 0,9 faiz bəndi azalıb. Real rəqəmlərə gəldikdə, 2020-ci ilin noyabr ayından bəri Avrozonada işsizlərin sayı 1,411 mln. nəfər azalıb. Qadınlar arasında işsizlik 7,5%-ə, kişilər arasında isə 6,9%-ə bərabər olub.

Avropanın ayrı-ayrı ölkələrinə gəldikdə, noyabrda ən yüksək işsizlik səviyyəsi İspaniya (14,1%), Yunanıstan (13,4%) və İtaliyada (9,2%) olub.

Qeyd edək ki, sözügedən ölkələrdə 2020-ci ilin müvafiq ayı ilə müqayisədə işsizliyin azalması müşahidə olunur. İspaniyada bu göstərici 2,1 faiz bəndi, Yunanıstanda 2,8 faiz bəndi, İtaliyada isə 0,4 faiz bəndi azalıb.

Ən aşağı işsizlik isə Çexiyada (2,2%), Niderlandda (2,7%), Polşada (3%) və Almaniyadadır (3,2%).

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et