Müəllif:Ayşən İmanova/Banco.az
Avrozonada işsizlik oktyabr ayında sentyabrla müqayisədə dəyişməyərək 6,3% təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.
Bildirilib ki, bu, bütün hesablamalar tarixində minimum göstəricidir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin oktyabrında işsizlik 6,6% təşkil edib.
Aİ-də işsizlik 5,9% səviyyəsində qalıb. Oktyabrda 27 Aİ ölkəsində 12,971 milyon işsiz olub ki, onlardan 10,841 milyonu avro zonasında qeydə alınıb. 2023-cü ilin oktyabr ayı ilə müqayisədə işsizlərin sayı Aİ-də 416 min, avro zonasında isə 411 min nəfər azalıb. Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 15,2%, avrozonada isə 15% təşkil edib.
Aİ ölkələri arasında sentyabrda ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,6%), Maltada (3,0%) və Polşada (3,1%), ən yüksək göstərici isə Yunanıstanda (9,8%) və İspaniyada (11,2%) qeydə alınıb.
Almaniyada işsizlik 3,4% səviyyəsində qalıb. Fransada bu rəqəm sentyabrdakı 7,5%-dən 7,6%-ə yüksəlib, İtaliyada isə 6%-dən 5,8%-ə düşüb.