Avrozonada işsiz əhalinin nisbəti dəyişməz qalıb | Banco.az

Avrozonada işsiz əhalinin nisbəti dəyişməz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabrda Avrozona işsizlik səviyyəsi 6,5 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) noyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini açıqlayıb.

Buna görə, region ölkələrində oktyabr ayında 6,5 faiz qeydə alınan işsizlik nisbəti noyabr ayında dəyişməz qalıb.

Bu göstərici ötən ilin noyabrında isə Avrozonada 7,1 faiz, Aİ-də isə 6,5 faiz idi.

Noyabrda ölkələr üzrə işsizlik səviyyəsinə nəzər saldıqda görürük ki, İspaniyada bu nisbət 12,4 faiz, Yunanıstanda 11,4 faiz, İtaliyada 7,8 faiz, Fransada 7 faiz, Almaniyada isə 3 faiz olub.

Qeyd edək ki, sözügedən dövrdə Aİ-də işsiz əhalinin sayı 12 milyon 950 min nəfər olduğu halda, onların 10 milyon 849 mini Avrozona ölkələrində yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram