Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada iqtisadi inam indeksi aprel ayında aylıq 1,4 bənd azalaraq 93,6-ya düşüb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası aprel ayına dair iş və istehlakçı sorğusunun nəticələrini açıqlayıb.
Buna əsasən, apreldə iqtisadi inam indeksi Aİ-də aylıq əsasda 1,4 bənd azalaraq 94,4 səviyyəsinə enib. Avrozonada da indeks eyni dövrdə 1,4 bəndlik azalma ilə 93,6 səviyyəsinə düşüb.
Bazar proqnozları indeksin Avrozonada 94,5 bənd olacağı istiqamətində idi. Açıqlanan göstəricilərin gözləntilərdən aşağı olması diqqət çəkib.
Avrozonada İstehlakçı İnam İndeksi apreldə mənfi 14,5-dən mənfi 16,7-yə düşüb. Aİ-də isə bu indeks apreldə 2,1 bənd azalma ilə mənfi 16 səviyyəsində ölçülüb.
Beləliklə, Avrozonada istehlakçıların ümumi iqtisadi vəziyyətə dair gözləntilərində zəifləmə müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!