Avrozonada iqtisadi inam cüzi artım göstərdi | Banco.az

Avrozonada iqtisadi inam cüzi artım göstərdi

Tamara Mustafayeva, Banco.az

Avrozonada iqtisadi inam cüzi artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Komissiyasının aylıq hesabatına görə, Avrozonada iqtisadi inam indeksi sentyabr ayında 117,6 punktdan 117,8-ə yüksəlib. Məşğulluq proqnozu indeksi isə 113,6-a qalxıb.

İstehlakçılar ölkədəki ümumi maliyyə vəziyyətinin yaxın gələcəkdə daha da yaxşılaşacağını düşünürlər.

Qeyd edək ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ləğv edildiyi yay aylarında güclü fəaliyyət dinamikasının müşahidə edildiyi Avropa iqtisadiyyatı hazırda qeyri-stabil dövrə qədəm qoyub. Belə ki, xidmət sektorunun fəaliyyəti zəifləyərkən, xam maddə çatışmazlığı və nəqletmə ilə bağlı ləngimələr zavodların işinə mənfi təsir göstərir. Elektrik enerjisinin qiymətinin bahalaşması da iqtisadiyyat üçün risk faktoru yaratmaqdadır. Regionda istehlakçı qiymətləri hazırda 3% təşkil edir ki, bu göstəricinin artacağı gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et