Tamara Mustafayeva, Banco.az
Avrozonada iqtisadi inam bu il ilk dəfə geriləyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, koronavirusun Delta ştammı ilə yoluxma sayının artması və tədarük zənciri üzrə problemlərin davam etməsi səbəbindən Avrozonanın iqtisadi inam indeksi bu ay geriləyib.
Sözügedən indeksin avqust ayında 117,5 səviyyəsinə düşməsi ilə 2021-ci ilin ilk geriləmə dinamikası müşahidə edilib. Ekspertlər isə indeksin 118 səviyyəsinə yüksələcəyini proqnozlaşdırırdılar.
Qeyd edək ki, ötən ay Avrozonada iqtisadi inam 119 punkt ilə rekord vurmuşdu.
Açıqlanan məlumatlara görə, regionda son dövrlər ərzində zavodların tədarük zəncirində müşahidə edilən ləngimələr xam maddə probleminə gətirib çıxarıb. Bununla yanaşı, avqust ayında sənaye sifarişlərinin həcmində də geriləmə qeydə alınıb. Xidmət sektoru üzrə inam indeksi də bu ay 16,8 punkta geriləyib ki, proqnozlar 19-a işarə edirdi. Sənaye inam indeksi isə proqnozlara paralel olaraq 13,7 punkt təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!