Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Statistika İdarəsi (Avrostat) Avrozonaya dair 2025-ci ilin üçüncü rübü üzrə iqtisadi artım göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, 2025-ci ilin üçüncü rübündə mövsümi təsirlərdən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb.
Bazar gözləntilərinə əsasən, Avrozonada iqtisadi artımın rüblük əsasda 0,1 faiz olacağı proqnozlaşdırılırdı.
2025-ci ilin ikinci rübündə isə Avrozonanın iqtisadiyyatı 0,1 faiz artım göstərmişdi.
Avrozonada illik artım tempi zəifləyib
Avrozonada illik iqtisadi artım üçüncü rübdə 1,3 faiz təşkil edib. Bazar gözləntiləri iqtisadiyyatın 1,2 faiz artacağı yönündə idi.
Ötən rübdə isə illik artım 1,5 faiz səviyyəsində qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
