Avrozonada investor inamının bərpası davam edir | Banco.az

Avrozonada investor inamının bərpası davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investorların inam indeksi noyabr ayında ardıcıl ikinci ay artıb.

Banco.az xəbər verir ki, bazar araşdırması aparan və baş ofisi Frankfurtda yerləşən “Sentix” noyabr ayı üzrə Avrozonanın Ümumi İnvestor İnam İndeksi məlumatlarını açıqlayıb.

Buna görə, oktyabr ayında mənfi 13,8 punkt olan Avrozonanın Ümumi İnvestor İnam İndeksi bu ay 1 bənd artaraq mənfi 12,8 punkta yüksəlib.

Üç aylıq enişdən sonra oktyabr və noyabr aylarında ardıcıl olaraq yüksələn indeksin mənfi 12,5 səviyyəsinə yüksələcəyi gözlənilirdi.

Qeyd edək ki, mövcud vəziyyətin daha müsbət qiymətləndirilməsi inam indeksinin artmasına səbəb olsa da, gələcək inkişafla bağlı gözləntilər dəyişməz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorların gələcək 6 aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi mənfi 3,8 punktda sabit qalıb. Cari vəziyyət indeksi isə oktyabrdakı mənfi 23,3 punktdan noyabrda 21,5 punktadək yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram