Tamara Mustafayeva, Banco.az
Avrozonada investor inamı indeksi koronavirusun yeni ştammının yayılması və bu səbəbdən tətbiq ediləcək məhdudiyyətlərlə bağlı narahatlıqlar fonunda geriləyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Avrozonada investor inamı üzrə "Sentix" indeksi noyabrdakı 18,3 punktdan bu ay 13,5 punkta geriləyib. Bununla da, indeks bu ilin aprel ayından bəri qeydə alınan ən aşağı göstəriciyə imza atıb.
İnvestorların növbəti 6 aya dair gözləntilərini ölçən proqnozlar indeksi isə 0,5 punkt artmaqla 13,8-ə yüksəlib ki, bu da, avqust ayından bəri müşahidə olunan ən yüksək səviyyədir.
Cari iqtisadi vəziyyət indeksi də 23,5 punktdan 13,3 punkta geriləyib.
Xatırladaq ki, investor inamı indeksi 2-4 dekabr tarixlərində 1164 investorların iştirakı ilə keçirilən anket sorğusu nəticəsində müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!