Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada inflyasiya ötən ay 5,3 faizə düşüb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın iyul ayı üzrə aparıcı inflyasiya göstəricilərini açıqlayıb.
Məlumatlar göstərir ki, Avrozonada iyunda 5,5 faiz olan illik inflyasiya iyulda 5,3 faizə düşüb.
Region ölkələrində inflyasiya aylıq isə 0,1 faiz azalıb.
Ekspertlər ötən ay Avrozonada illik inflyasiyanın 5,3 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağını proqnozlaşdırmışdılar.
İnflyasiyanın əsas komponentlərinə nəzər salsaq, ən yüksək illik qiymət artımı 10,8 faizlə ərzaq, alkoqol və tütün məmulatlarında reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!