Avrozonada inflyasiya zəifləyib | Banco.az

Avrozonada inflyasiya zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında Avrozona inflyasiyası zəifləyərək və Avropa Mərkəzi Bankının 2%-lik hədəfinə yaxınlaşıb.

Banco.az xəbər verir ki, Avrostatın məlumatlarına görə, Avrozonada istehlak qiymətləri indeksi mart ayında əvvəlki illə müqayisədə 2,2% artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar da eyni proqnozu vermişdilər.

Fevral ayında illik inflyasiya 2,3% təşkil etmişdi. Eyni zamanda, baza inflyasiya göstəricisi 2,6%-dən 2,4%-ə enib. 

Ən yüksək qiymət artımı 3,4% ilə xidmət sektorunda qeydə alınıb. Bu sektoru 2,9% ilə qida, alkoqol və tütün məhsulları, 0,6% ilə qeyri-enerji sənaye məhsulları, -0,7% ilə enerji məhsulları izləyib.

Avropa Mərkəzi Bankı (ECB) ötən ilin iyun ayından bəri faiz dərəcələrini altı dəfə azaldıb. İqtisadiyyatda durğunluğun davam etməsi, enerji qiymətlərinin enməsi və avronun güclənməsi səbəbindən investorlar ECB-nin 17 aprel iclasında da oxşar bir addım atacağını gözləyirlər. Bununla belə, ABŞ ilə yaxınlaşan ticarət müharibəsi Avrozonanın iqtisadiyyatı üçün əsas təhlükə yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram