Avrozonada inflyasiya yenidən rekord vurdu | Banco.az

Avrozonada inflyasiya yenidən rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Sentyabrda Avrozonada inflyasiya ikirəqəmli həddə çataraq öz rekordunu yeniləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozonada inflyasiyanın ikirəqəmli həddə çatan tarixi yüksəlişi Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini artırmağa davam edəcəyinə dair gözləntiləri gücləndirib.

Avropa Statistika Bürosunun (Avrostat) məlumatına görə, sentyabrda inflyasiya 9,1 faizdən 10 faizə yüksələrək yenidən rekord vurub. 

İnflyasiya aylıq əsasda 1,2 artıb ki, proqnozlar 0,9 faizi işarə edirdi.

Ərzaq və enerji qiymətləri inflyasiyada əsas rol oynasa da, digər sahələrdə də qiymət artımları özünü göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AMB-nin növbəti iclasda da faiz dərəcələrini 75 baza bəndi artıracağı gözlənilir. Ötən iki görüşdə bank faiz dərəcələrini cəmi 125 baza bəndi artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et