Avrozonada inflyasiya yenidən rekord vurdu | Banco.az

Avrozonada inflyasiya yenidən rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Avqust ayında Avrozonada inflyasiya illik 9,1 faizlə rekord vurub. Bu artım Avropa Mərkəzi Bankından daha yüksək faiz artımı gözləntilərini də gücləndirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozonada istehlak xərcləri enerji və ərzaq qiymətlərinin artması ilə bu ay rekord həddə yüksəlməyə davam edib.

Avropa Statistika Bürosunun (Avrostat) məlumatına görə, 19 üzvlü Avrozonada illik inflyasiya 9,1 faiz təşkil edib. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların median proqnozu 9 faiz idi. Xatırladaq ki, əvvəlki ay inflyasiya göstəricisi 8,9 faiz qeydə alınmışdı.

Nüvə inflyasiyası da 4 faizdən 4,3 faizə yüksələrək rekord qırıb. Proqnozlar 4,1 faizi göstərirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, inflyasiya aylıq əsasda isə 0,5 faiz artıb. Bu göstəricinin də 0,1 faiz artacağı düşünülürdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et