Avrozonada inflyasiya tək rəqəmli həddə qayıtdı | Banco.az

Avrozonada inflyasiya tək rəqəmli həddə qayıtdı

Tamara Mustafayeva, Banco.az

Avrozonada sentyabr ayı inflyasiyası yenidən təkrəqəmli həddə qayıdıb. Lakin bununla belə, Avropa Mərkəzi Bankının növbəti iclasda 75 bəndlik faiz artımına dair proqnoz dəyişməyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) tərəfindən dərc olunan məlumatlara görə, avro zonasında sentyabr inflyasiyası 10 faizdən 9,9 faizə qədər geriləyib. Lakin, buna baxmayaraq, inflyasiya tarixi pik həddə qalmaqda davam edir.

Xatırladaq ki, avqustda inflyasiya 9,1 faiz təşkil edib.

Aylıq inflyasiya dəyişməyərək 1,2 faiz təşkil edib. Nüvə inflyasiyası isə illik əsasda dəyişməz qalaraq 4,8% artıb ki, avqustda 4,3% artmışdı.

Təkrəqəmli inflyasiya enerji böhranı ilə mübarizə aparan Avrozonada müəyyən qədər rahatlamaya səbəb ola bilər. Bununla belə, Avropa Mərkəzi Bankının gələn həftə siyasət faizini 75 baza bəndi artıracağına dair proqnozlar qüvvədə qalmaqdadır.

Qeyd edək ki, yeni məlumatlar Avrozona ölkələri arasındakı əsaslı fərqləri də ortaya qoyub. Belə ki, Fransada inflyasiya 6,2 faiz olduğu halda, Estoniyada 24,1 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram