Avrozonada inflyasiya səviyyəsi hələ də yüksəkdir | Banco.az

Avrozonada inflyasiya səviyyəsi hələ də yüksəkdir

Müəllif - Aida İsaq, Banco.az

Avrozonada inflyasiyanın səviyyəsi hələ də çox yüksəkdir.

Banco.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib. Portuqaliyanın Sintra şəhərində keçirilən forumda çıxış edən K. Laqard inflyasiyanın uzun müddət yüksək həddə qalacağını vurğulayaraq avrozonada inflyasiya probleminin mahiyyətinin dəyişdiyinə diqqət çəkib.

AMB rəhbəri ilkin olaraq inflyasiyanı artıran şokların azalması və pul siyasəti tədbirlərinin iqtisadyatda əks olunması ilə inflyasiya səviyyəsində azalmanın müşahidə olunduğunu bildirib. O, inflyasiya ilə mübarizədə tərəddüd edilmədən qərar verilməsinin vacibliyini qeyd edərək gözlənilən nəticəyə nail olmaq üçün iyul ayında yenidən faiz artırmağa davam edəcəklərini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et