Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada inflyasiya nisbəti proqnozlarla uyğunluq təşkil edib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) aprel ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Avrozonada mart ayında 2,4 faiz olan illik inflyasiya aprel ayında da bu səviyyəni saxlayıb.
İstehlak qiymətləri indeksi (CPI) aprel ayında aylıq 0,6 faiz hesablanıb.
Bazarların proqnozu aprel ayında Avrozonada illik inflyasiyanın 2,4 faiz, aylıq inflyasiyanın isə 0,6 faiz olacağı istiqamətində idi.
Avrozonada baza inflyasiyası isə sözügedən dövrdə illik 2,7 faiz, aylıq isə 0,7 faiz səviyyəsində olub.
Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görürük ki, illik ən yüksək qiymət artımı 1,64 faizlə xidmətlər sektorunda reallaşıb.
Aİ-yə uyğunlaşdırılmış məlumatlara görə, aprel ayında ən yüksək inflyasiyanın qeydə alındığı ölkələr 6,2 % ilə Rumıniya, 4,9 % ilə Belçika, 4,7 % ilə Xorvatiya, 3,6 % ilə Macarıstan və 3,4 % ilə Avstriya və İspaniya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!