Avrozonada inflyasiya rekord vurub | Banco.az

Avrozonada inflyasiya rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada oktyabr ayında inflyasiya rekord vurub.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın oktyabr ayı üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

Buna görə, regionda sentyabrda 9,9 faiz olan illik inflyasiya oktyabrda 10,6 faizə çatıb.

İstehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki aya görə isə 1,5 faiz artıb. 

Region ölkələrində oktyabr ayı boyunca inflyasiyanın əsas komponentlərinə baxıldığında isə ən yüksək illik artım 41,5 faizlə enerjidə qeydə alınıb. Onu 13,1 faizlə qida, spirt və tütün məmulatları, 6,1 faizlə qeyri-enerji sənaye məhsulları, 4,3 faizlə xidmətlər izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et