Avrozonada inflyasiya proqnozları doğrultmayıb | Banco.az

Avrozonada inflyasiya proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehlak qiymətləri indeksi (CPI) yanvar ayında aylıq 0,4 faiz azalarkən, illik 8,5 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonada yanvar ayı üzrə əsas inflyasiya məlumatlarını açıqlayıb.

Bu məlumatalara əsasən bəlli olub ki, yanvarda region ölkələrində İstehlak Qiymətləri İndeksi (CPI) illik müqayisədə 8,5 faiz artıb. İqtisadçıların orta proqnozu isə 8,9 faiz idi. 

Qeyd edək ki, bu həftənin məlumatları göstərdi ki, regionun istehsal sənayesi canlandıqca və işsizlik minimum səviyyədə qaldıqca, Avrozona iqtisadiyyatı tənəzzül ehtimalından xilas ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et