Avrozonada inflyasiya ötən ay aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya ötən ay aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya ötən ay bazarın gözlədiyindən daha az aşağı düşüb.

Banco.az xəbər verir ki, Avrozonada inflyasiya fevralda gözləniləndən daha az geriləyib və bu, faiz dərəcələrini endirməyə tələsmək istəməyən Avropa Mərkəzi Bankının (ECB) rəsmilərinin mövqeyini dəstəkləyir.

Avropa Statistika Təşkilatının (Avrostat) məlumatlarına görə, fevral ayında regionda istehlak qiymətləri illik 2,6 faiz artıb. İqtisadçılar 2,5 faiz artım gözləyirdilər.

Sözügedən dövrdə aylıq artım isə proqnozlara uyğun olaraq 0,6 faiz təşkil edib.

Ərzaq və enerjini nəzərə almayan baza inflyasiyası da gözləniləndən daha az geriləyərək 3,1 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Almaniya, Fransa və İspaniyada inflyasiya göstəricisində azalmalar müşahidə edilsə də, İtaliya cümə günü inflyasiyanın dəyişməyərək 0,9 faiz səviyyəsində qaldığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et